Qubad İbadoğlu: “Müsavatın hələ də köhnə başqan tərəfindən idarə olunduğunu göstərdilər”

Qubad İbadoğlu: “Müsavatın hələ də köhnə başqan tərəfindən idarə olunduğunu göstərdilər”
18:27 6 Aprel 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 18:20 ]


Bakı. Etibar Məmmədov – APA. “Vurğun Əyyubun Müsavat Məclisinin üzvlüyündən çıxarılması partiya rəhbərliyinin buraxdığı kobud səhvlərin davamıdır”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, Vurğun Əyyubun Müsavatın Məclis üzvlüyündən çıxarılmasını idarəetmədə demokratik təfəkkürün olmamasının göstəricisi kimi qiymətləndirib: “Bir daha sübut etdilər ki, müxtəlif fikirliliyə tolerant deyillər. Bu qərarla, həmçinin Məclisin qeyri-legitim olmasına dair əlavə arqumentlər yaratdılar və bir daha göstərdilər ki, həqiqətən də partiya daxilində belə bir problem var. Qərarın qəbulunu səsvermə yolu ilə həyata keçirməməklə isə ortalığa üç nəticə qoydular. Birincisi, partiya hələ də köhnə başqan tərəfindən idarə olunur. İkincisi, partiyada Nizamnaməyə hörmət yoxdur. Üçüncüsü isə partiyada Vurğun Əyyubun gündən-günə artan nüfuzundan ehtiyatlanırlar. Çünki səsvermə olsaydı, Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşması təsdiq olunmaya bilərdi”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR