“Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən şəxslər şəhid kimi ölmək istədiklərini bəyan ediblər

“Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən şəxslər şəhid kimi ölmək istədiklərini bəyan ediblər
15:42 9 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:38 ]

Bakı – APA. “Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşları şəhid kimi ölmək istədiklərini bəyan ediblər.

APA-nın məlumatına görə, bunu “iTele” telekanalının efirində Paris regionunun Sena və Marna departamentindən Fransa Milli Assambleyasına deputat seçilən İv Albarello deyib.

 

O bildirib ki, Kuaşi qardaşları bunu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar zamanı bəyan ediblər.

 

Hazırda onların həbsi məqsədi ilə Dammarten-an-Qoel şəhərində xüsusi əməliyyat keçirilir. CDT mətbəəsinin binasında olan qardaşlar polis tərəfindən mühasirəyə alınıblar. Onların bir nəfəri girov götürdükləri bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR