“Darvin bankası” yatağında yeni özül quraşdırılacaq

“Darvin bankası” yatağında yeni özül quraşdırılacaq
18:28 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
“Abşeronneft” neft və qaz çıxarma idarəsinin sifarişi əsasında “Darvin bankası” yatağında yeni 790 nömrəli stasionar dəniz özülü quraşdırılacaq. “Neftqazelmitədqiqatlayihə” institutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” trestidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özüldə müasir qazma avadanlığı, 37 nəfərlik vaqon tipli yaşayış evləri, yükqaldırma qabiliyyəti 25 ton olan iki qaldırıcı kran, yanğından və korroziyadan mühafizə sistemləri, eləcə də digər zəruri avadanlıqlar quraşdırılacaq. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə dizel elektrik generatorları yerləşdiriləcək. İnşaat və istismar müddətində özüldə ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
Qeyd edək ki, özülün tikintisinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. 790 nömrəli özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Darvin_bankasi_yataginda_yeni_ozul_qurasdirilacaq-843962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR