Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü qeyd edilib

18:28 6 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “İcma Mina Aksiyası” Komandası 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar Tərtər və Ağcabədi rayonlarında tədbirlər keçirib.
Tədbirlər çərçivəsində Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində Tərtər Peşə Təlim Mərkəzinin əkin sahəsində minadan zərərçəkənlər tərəfindən yetişdirilən 400 ədəd şam ağacı əkilib. Bu, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının maliyyə dəstəyi ilə BAMF-ın “İcma Mina Aksiyası” Komandasının Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə əməkdaşlığı çərçivəsində reallaşıb.
BAMF sədrinin müavini Məhəbbət Mirzəyev minadan zərərçəkən vətəndaşların yetişdirdiyi həmin ağacların Laçından və Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə əkilməsinin, bununla əlaqədar dövlət, qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gəlməsinin təqdirəlayiq hal olduğunu bildirib.
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar “İcma Mina Aksiyası” Komandası ANAMA-nın müəyyən etdiyi milli standartlara uyğun olaraq Tərtərin məcburi köçkünlərin məskunlaşdığı cəbhəyanı ərazilərinə yaxın yerləşən Şıxarx və Həsənqaya kəndlərində mina təhlükəsinə dair maarifləndirmə işləri aparıb. Qəsəbələrdəki təhsil müəssisələrində vətəndaşlara, xüsusilə də şagirdlərə əyani vəsaitlər paylanıb. Kənd sakinləri üçün mina və partlamamış hərbi sursatların təhlükəsi barədə məlumatlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Mina_Xeberdarligi_ve_Mina_Aksiyasina_Yardim_Gunu_qeyd_edilib-843961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR