Avropada ekoloji cəhətdən ən təmiz şəhər Sürixdir

Avropada ekoloji cəhətdən ən təmiz şəhər Sürixdir
17:38 6 Aprel 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Avropa Ətraf Mühit Agentliyi (EEA) Avropanın 23 şəhərində havanın çirklənmə dərəcəsini qiymətləndirərək ən təmiz şəhərlərin reytinqini tərtib edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ən təmiz havası olan Avropa şəhərlərinin reytinqində birinci yeri Sürix tutub. İsveçrənin bu şəhərində avtomobillərin işlənmiş qazları ilə havanın çirklənməsini azaltmaq siyasəti yürüdülür, daha ekoloji nəqliyyat vasitələrinə üstünlük verilir, havanın çirklənmə dərəcəsi daha aşağıdır.
Reytinqdə ikinci yeri Danimarkanın paytaxtı Kopenhagen tutur. EEA-nın məlumatında deyilir: “Həm Sürixdə, həm də Kopenhagendə avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalıb. Dizel yanacağı ilə işləyən avtomobillər, yük və inşaat maşınları havanı çox çirkləndirdiyi üçün bu şəhərlərdə belə avtomobillərdən istifadə olunmasına məhdudiyyətlər tətbiq edilir”.
Ən yaxşı şəhərlərin ilk beşliyinə Vyana, Stokholm və Berlin kimi Avropa paytaxtları da daxildir.
Siyahıda axırıncı yerləri Lissabon və Lüksemburq şəhərləri tutur. Agentliyin ekspertlərinin fikrincə, bu şəhərlərdə havanın çirklənməsinə qarşı mübarizə tədbirləri lazımi səviyyədə deyildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropada_ekoloji_cehetden_en_temiz_seher_Surixdir-843971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR