Barselonada ilk dəfə xəstəyə sifət köçürülüb

18:43 6 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Barselonada “Vall dʼHebron” hospitalının mütəxəssisləri nadir xəstəlik səbəbindən danışa bilməyən, gözləri pis görən, çətinliklə yemək yeyən insanın sifətini yenidən yarada biliblər.
“Newsland” portalının yazdığına görə, kişinin sifəti güclü deformasiyaya uğrayıb. Əməliyyatda 45 mütəxəssis iştirak edib, kişiyə 50-dən çox həkim konsultasiya verib. Cərrahlar analoqu olmayan bu əməliyyata 27 saat vaxt sərf ediblər. Əməliyyat sayəsində kişinin boynu, dili, udlağı, ağzı, bir sözlə, sifətinin aşağı hissəsi normal fəaliyyətə başlayıb. Bundan əlavə, mütəxəssislər ona dəri və əzələ köçürüb, habelə çənə fəaliyyətini qaydaya salıblar. Qeyd edilir ki, pasiyentin əziyyət çəkdiyi xəstəliyin gedişatında vena və arteriyaların patologiyası üz-çənə şöbəsinin fəaliyyətində çoxsaylı pozuntular yaradıb.
O da bildirilir ki, kişi əməliyyatı yaxşı keçirib və klinikaya yalnız plan əsasında müayinə üçün gedəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Barselonada_ilk_defe_xesteye_sifet_kochurulub-843979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR