Kamran Ağayevə 2 oyuna 8000 dollar

Kamran Ağayevə 2 oyuna 8000 dollar
18:46 6 Aprel 2015
54 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə PTT I Liqasında çıxış edən "Kaysersipor" rəhbərliyi komandanı həvəsləndirmək üçün mükafat ayırıb.

ANS PRESS-in məlumatına görə, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu Kayseri təmsilçisi ardıcıl iki turda "Albino Alanyaspor" və "Boluspor" matçlarında qələbə qazanacağı təqdirdə "premya" alacaq.

Start heyətdə mübarizə aparan hər bir futbolçuya 20 min türk lirəsi (8 min dollar) ödəniləcək.

Qeyd edək ki, "Kayserispor" 26 turdan sonra 56 xalla liderdir, ikinci yerlə qərarlaşan "Adana Demirspor"la arasında 8 xal fərqi var.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=336220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR