Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi müzakirə edilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru doktor Devid Mundi Fizika İnstitutunda qonaq olub. Qonaq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. Görüşdə Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi, dünya standartlarına cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması haqqında söhbətlər aparılıb.
D.Mundi deyib ki, Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparması üçün hər cür şərait yaradılıb.
O, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə də görüşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az