Azərbaycan Milli Kitabxanası beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Milli Kitabxanası beynəlxalq əlaqələrini genişləndirir
18:58 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz aprelin 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla görüşüb.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Kərim Tahirov qonağa kitabxananın fəaliyyəti, nailiyyətləri, uğurları, beynəlxalq əlaqələri, eləcə də beynəlxalq təşkilatlara üzvlüyü barədə geniş məlumat verib.
O qeyd edib ki, aprelin 7-də Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında imzalanacaq üçtərəfli əməkdaşlıq memorandumu beynəlxalq əlaqələrin qurulmasına əlverişli zəmin yaradacaq. Memorandumun şərtlərinə müvafiq olaraq kitab və biblioqrafik resurs, təcrübə mübadiləsi, seminar və konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsi mümkün olacaqdır.
Mərakeşə aid Azərbaycan Milli Kitabxanasında çox az ədəbiyyatın mühafizə olunduğunu qeyd edən direktor növbəti tədbirdə zəngin ədəbiyyatdan ibarət sərginin təşkil olunacağına əminliyini bildirib.
Driss Khrouz Mərakeş Milli Kitabxanası (MMK) haqqında qısa məlumat verib, təmsil etdiyi kitabxananın da yeni texnologiyalardan yetərincə istifadə etdiyini, fondun yarısının artıq rəqəmsallaşdığını bildirib. MMK-nın bütün nəşrlərdən 4 məcburi nüsxə aldığını qeyd edən qonaq onlardan bir nüsxəsinin Azərbaycana göndərə biləcəyini deyib. Kitabxananın fondunda həmçinin əlyazmaların qorunduğunu, 36 mindən artıq əlyazmanın mövcudluğunu söyləyib. O, həmkarını Mərakeş Milli Kitabxanası ilə tanışlığa dəvət edib.
Görüşdə Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami də iştirak edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Kitabxanasi_beynelxalq_elaqelerini_genislendirir-843981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR