Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
19:03 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclas zamanı Azərbaycanda keçirilən qiymətləndirmə prosesi, 2014-cü il üzrə “MHŞT İllik Fəaliyyət Hesabatı” və MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə edilib. İclas iştirakçıları, həmçinin Çoxtərəfli Qrupun 2015-ci il üzrə İş planının layihəsini müzakirə edib və təsdiqləyiblər.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Təşəbbüs neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan təşəbbüsün qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Neft_Fondunda_MHST_uzre_CHoxterefli_Qrupun_iclasi_kechirilib-843983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR