Lənkəranlı idmançı Türkiyədə keçirilən beynəlxalq turnirdən Vətənə qızıl medalla qayıdıb

Lənkəranlı idmançı Türkiyədə keçirilən beynəlxalq turnirdən Vətənə qızıl medalla qayıdıb
19:13 6 Aprel 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran boks məktəbinin yetirməsi Mirşərif Kazımzadə Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, gənclər arasında idmanın boks növü üzrə keçirilən “Trabzon-2015” beynəlxalq turnirində qardaş ölkənin təmsilçiləri ilə yanaşı, Azərbaycan və Gürcüstan boksçuları da iştirak ediblər.
85 idmançının qüvvəsini sınadığı beynəlxalq turnirdə lənkəranlı boksçu M.Kazımzadə 63 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.
Yetirməsinin ilk dəfə iştirak etdiyi yarışda qızıl medal qazanmasının sevincini yaşayan baş məşqçi Rauf Quliyev gənc boksçunun beynəlxalq turnirdə qazandığı uğuru yüksək qiymətləndirək ona böyük ümid bəslədiyini bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranli_idmanchi_Turkiyede_kechirilen_beynelxalq_turnirden_Vetene_qizil_medalla_qayidib-843987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR