Bakı məktəblərinin saytları istifadəyə verilir

Bakı məktəblərinin saytları istifadəyə verilir
19:13 6 Aprel 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədi ilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, təhsil müəssisələrində baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.
www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış olmaq mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_mekteblerinin_saytlari_istifadeye_verilir-843986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR