Expressbank müştərilərini mükafatlandırıb

Expressbank müştərilərini mükafatlandırıb
19:28 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiya keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyanın növbəti qalibləri müəyyən olunub. Bankın Qaradağ və Qusar filiallarının müştəriləri müvafiq olaraq, planşet və smartfon qazanıblar.
Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə smartfon qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır. Aksiya 31 may 2015-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Expressbank_musterilerini_mukafatlandirib-843993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR