“Leyli və Məcnun” operası yeni  ifaçıların iştirakı ilə səhnəyə qoyulacaq

15:47 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:43 ]


Bakı. Cavid Zeynallı - APA. “Leyli və Məcnun” operası yeni ifaçıların iştirakı ilə səhnəyə qoyulacaq.

 

Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa yanvarın 18-də səhnəyə qoyulacaq: “Leyli və Məcnun” tamaşası Opera və Balet Teatrının səhnəsində tez-tez nümayiş etdirilir. Bu dəfə gənclər özlərini sınayacaqlar. İlk dəfə olaraq Leyli rolunda gənc solistlər Arzu Əliyeva, Məcnun rolunda isə Elnur Zeynalov çıxış edəcəklər. Tamaşanın məşqləri davam edir”.

 

Teatrın mətbuat xidmətindən əlavə ediblər ki, fevral ayında opera xalq artistləri Mənsum İbrahimov və Gülyanaq Məmmədovanın iştirakı ilə yenidən oynanılacaq: “Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin rəhbərliyi altında artıq məşqlərə başlanılıb”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR