Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

19:47 6 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 19:42 ]

Bakı – APA. Ciddədə Azərbaycan prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

APA-nın məlumatına görə, İyad bin Amin Mədəni prezident İlham Əliyevi salamlayıb.


Sonra İƏT baş katibi ilə Azərbaycan prezidenti birgə nahar ediblər. Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və prezident İlham Əliyev çıxış ediblər.


Sonra Azərbaycan prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü olub.


Görüşdə Azərbaycanla İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilib.


Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR