Türkiyə Superliqasının oyunları təxirə salındı

Türkiyə Superliqasının oyunları təxirə salındı
19:47 6 Aprel 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında 27-ci turun oyunları təxirə salınıb
Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, buna ötən tur çərçivəsində keçirilmiş "Rizespor" - "Fənərbağça" oyunundan (1:5) sonra İstanbul klubunun avtobusuna silahlı hücum səbəb olub.

Müvafiq qərar Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən, gənclər və idman naziri Akif Çağatay Kılıç, millinin baş məşqçisi Fatih Terim və digər səlahiyyətli şəxslərin iştirak etdiyi toplantıda verilib.

27-ci turun oyunlarının bir həftəlik təxirə salındığı deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR