​Prezident İlham Əliyev Ciddədə İƏT baş katibi ilə görüşüb

​Prezident İlham Əliyev Ciddədə İƏT baş katibi ilə görüşüb
19:52 6 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.
"Report" xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Prezident İlham Əliyevi salamlayıb.
Sonra baş katib İyad bin Amin Mədəni və Prezident İlham Əliyev birgə nahar ediblər.
Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və Prezident İlham Əliyev çıxış ediblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü olub.
Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu görüşün əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilib.
Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-ciddede-i-et-bas-katibi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR