İstehlak bazarında monitorinqlər davam etdirilir

İstehlak bazarında monitorinqlər davam etdirilir
18:53 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai, Xəzər və Səbail rayonlarındakı, Gəncə, Mingəçevir, Ağcabədi, Şirvan və Balakən şəhərlərindəki, həmçinin Qobustan və Zaqatala rayonlarındakı müxtəlif mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 230 kiloqramdan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istehlak_bazarinda_monitorinqler_davam_etdirilir-844006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR