Kənd təsərrüfatı məhsullarının qiymətlərini göstərən açıq elektron informasiya sistemi yaradılacaq

Kənd təsərrüfatı məhsullarının qiymətlərini göstərən açıq elektron informasiya sistemi yaradılacaq
18:53 6 Aprel 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron qaydada açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı Sərəncamla təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Tədbirlər Planında qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin III rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sisteminin qurulmasını təmin etməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_mehsullarinin_qiymetlerini_gosteren_achiq_elektron_informasiya_sistemi_yaradilacaq-844004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR