İspaniya məhkəməsi Kataloniya parlamentinin müstəqillik qərarını ləğv edib

İspaniyanın Konstitusiya məhkəməsi Kataloniya regionunun birtərəfli şəkildə müstəqillik qərarını ləğv edib.

Metbuat.az-ın məlumatına görə, məhkəmə Kataloniya regional parlamenti tərəfindən sentyabrda qəbul olunmuş keçid dövrü haqqında qərarı da ləğv edib.

Bundan başqa, Konstitusiya məhkəməsi Kataloniya parlamentinin spikeri və bir sıra üzvləri barədə məhkəmə qərarlarına tabe olmamaq ittihamı ilə bağlı işin baxılmasına başlayıb.

Qeyd edək ki, bu il oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında referendum keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR