Emenike silahlı hücumdan danışdı

Emenike silahlı hücumdan danışdı
20:29 6 Aprel 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

“Komandaya edilən silahlı basqından sonra, hamımız şoka düşdük”.

Apasport.az saytının məlumatına görə, bunu BBC-yə açıqlamasında “Fənərbaxça”nın nigeriyalı hücumçusu Emmanuel Emenike deyib.

 

Rizə - Trabzon yolunda baş verən hücumun detallarından bəhs edən futbolçu, hadisə zamanı telefonda qardaşı ilə danışdığını bildirib: “Əvvəlcə elə sandım ki, avtobusun təkəri partlayıb. Ancaq sürücünün silahla vurulduğunu dərk edəndə, hamımız qorxuya düşdük. Həmin an təhlükəsizlik xidmətinin rəhbəri cəsarətli addım atdı. Əyləcə toxundu və avtobusun dərəyə yuvarlanmasının qarşısı alındı”.

 

Xatırladaq ki, aprelin 4-də axşam “Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbaxça”nın avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR