Play Store

Sərhəddə gərginlik artır - Krallıq ordusu itkilər verdi

Səudiyyə Ərəbistanı Yəmən sərhədində silahlı toqquşma baş verib.

Metbuat.az-ın məlumatına görə, krallıq əsgərləriylə Yəməndəki Husi üsyançıları arasında baş verən atışma zamanı 4 hərbçi həlak olub. Husilər arasında da itkilərin olduğu deyilir.

Qeyd edək ki, son günlər iki ölkə arasındakı sərhəd bölgədə hərbi fəallıq artıb. 3 gün əvvəl Yəməndən atılan ballistik raket paytaxt Ər-Riyaddakı boş əraziyə düşüb.

Ardınca Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Husi dəstələrinin mövqelərinə irimiqyaslı hava əməliyyatı gerçəkləşdirib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR