Play Store

ABŞ ordusu İraqdan çıxır? - Abadidən bəyanat

"Yaxın zamanlarda koalisiya qüvvələrinin İraqdakı fəaliyyəti başa çatacaq".

Metbuat.az-ın məlumatına görə, bu ölkənin baş naziri Heydər Əl-Abadi belə bəyanatla çıxış edib. O bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr iraqlı əsgərlərə terrorla mübarizə çərçivəsində texniki və hava dəstəyi verir:

"Lakin bu, yaxın zamanda başa çatacaq. Çünki, terrorçular üzərində qələbə qazanmaq üzrəyik".

Qeyd edək ki, mübahisəli bölgələrə iraqlı hərbçilər, peşmərgə dəstələri və koalisiya qüvvələrinin birgə nəzarət edəcəyi barədə xəbərlər yayılmışdı. Abadi isə bəyan edib ki, beynəlxalq hərbçilərin siyasi missiyasından söhbət belə gedə bilməz

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR