Gəncədə 23 yaşlı qız dəm qazından zəhərlənib

20:32 6 Aprel 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 20:29 ]

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayan Sumqayıt şəhər sakini dəm qazından zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Bakı küçəsində kirayə yaşayan, 1992-ci il təvəllüdlü Lətafət Qurbanova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olub.

 

Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Araşdırma zamanı məlum olub ki, L. Qurbanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR