Play Store

“Vengerin taktikası özünü doğrultmur” - Etirazlar artır

Arsenal”ın baş məşçisi Arsen Vengeri komandada görmək istəməyənlərin sayı artır.

Metbuat.az-ın məlumatına görə, bu dəfə London klubunun sabiq üzvləri fransalı mütəxəssisin istefa verməli olduğunu bildiriblər.

Keçmiş futbolçulardan Li Diksona görə, artıq Vengerin taktikaları özünü doğrultmur: “Onun bu vəzifədə qalması problemləri həll etməyəcək. Venger topsuz oynaya bilməyən futbolçulardan ibarət komanda yaradıb. Bu isə muasir futbolda heç kimə lazım deyil”.

Peti isə komandanın tam komplektləşmədiyini düşünür: “Arsenal” üçün ən təhlükəli vəziyyət topun onlarda olmasıdı. Topu çox tez itirirlər. Bu da komandanın tam komplektləşməməsindən və adaptasiya problemindən irəli gəlir”.

Qeyd edək ki, “Arsenal” 11 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR