Play Store

Tramp Çində səfərdədir

ABŞ prezidenti Donald Tramp Asiya turu çərçivəsində Cənubi Koreyadan Çinə səfər edib.

Metbuat.az-ın məlumatına görə, ABŞ prezidentini Çinə 2 günlük səfər zamanı 29 şirkət, o cümlədən, 11 enerji kompaniyasının nümayəndəsi müşayiət edir. Səfər çərçivəsində Birləşmiş Ştatlar və Çin şirkətləri arasında ümumi dəyəri 9 milyard dollar olan 19 müqavilə imzalanıb.

Bildirilir ki, imzalanmış müqavilələr iki ölkə arasında daha iri layihələr üçün hazırlıq məqsədi daşıyır. “Ağ ev” rəhbərinin Çin sədri Si Cinpin ilə görüşü isə sabaha nəzərdə tutulub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR