Rusiya alimləri süni ürək yaradılması üzərində işləyirlər

19:38 6 Aprel 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Rusiyada alimlər süni ürək yaratmağı planlaşdırırlar. Cihaz xəstənin əməliyyataqədərki həyatını deyil, ümumiyyətlə, tam mükəmməl həyatını təmin etməlidir.
“Newsland” portalı “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, mövcud analoqlar ürək köçürülməsinədək bu orqanı əvəz etməyə imkan verən xarici qurğudur.
Hazırda artıq Rusiyanın ilk üçkameralı kardiotənzimləyicisi işlənib hazırlanır. Bu qurğu ilkin sınaqlardan uğurla çıxıb və plana görə, ilin sonunda hazır olmalıdır. Yeni qurğu ölümə məhkum olan bir çox insanların ömrünü uzadacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_alimleri_suni_urek_yaradilmasi_uzerinde_isleyirler-844030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR