Nemtsovun qətlində 15 milyon

Nemtsovun qətlində 15 milyon
20:47 6 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Vəkil bildirib ki, qatillər vəd edilən məbləğin bir hissəsini alıblar
Rusiya müxalifət lideri Boris Nemtsovu qətlə yetirmək üçün 15 milyon rubl (277 min 500 manat) təklif edilib.

Anspress-in məlumatına görə, bu barədə Nemtsov ailəsinin vəkili Vadim Poxorov açıqlama verib.

Onun sözlərinə görə, qatillər vəd edilən məbləğin bir hissəsini alıblar.

Poxorov bu barədə ətraflı danışmasa da, bildirib ki, 15 milyonun bir hissəsi qatillərin hesabına köçürülüb.

Mətbuatda gedən bəzi məlumatlara görə, qatillər Nemtsovu öldürməkdən ötrü silah almaq üçün vəd edilən məbləğin bir hissəsini avans olaraq götürüblər.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam Moskvanın mərkəzində, Böyük Moskva çayı körpüsündə vurulub. Qətllə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, istintaq gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR