"Apple Watch"ın satış tarixi müəyyənləşib

"Apple Watch"ın satış tarixi müəyyənləşib
20:57 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ “Apple”nin ilk dəfə iPhone 6-nın təqdimatında tanıtdığı ağıllı saatı "Apple Watch"ın çıxış tarixi müəyyənləşib.
“Report” "Apple Watch"ın vebsəhifəsində  bir neçə gün əvvəl yenilənmiş, son halı xüsusi bir təqdimatla həvəskarların görüşünə çıxarılan "Apple Watch" aprelin 10-da saat 00:01-dən etibarən ön sifarişlə satışa çıxarılacaq.
İnternet səhifəsində verilən məlumatlara görə, ön sifariş müddəti iki həftə olaraq təyin olunub. Ön sifariş dövrünün ardından cihazlar sahiblərinə çatdırılacaq. "Ağıllı saat" əvvəlcə aprelin 24-də ABŞ, İngiltərə, Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq və Yaponiyada "Apple Store" magazalarında satışa çıxarılacaq.
iOS 8 əməliyyat sistemi ilə birlikdə gələn online ödəmə sistemi “Apple Pay”i dəstəkləyən "ağıllı saat" mobil ödəmə dünyasına da öz töfhəsini verəcək.
"İnstagram"ı da "ağıllı saat"ınız vasitəsilə izləyə bilərsiniz. "Apple Watch" telefonunuzla əlaqə qurmaq üçün "Bluetooh" xaricində Wi-Fi şəbəkəsini də istifadə edir. Bu sayədə evin içində "Bluetooth" məsafəsi problem olmaqdan olmayacaq.
“Apple Store”dan endirilən "Apple Watch" tətbiqi ilə saat və telefon bir-birinə inteqrasiya olunur.
Batareya müddəti 18 saata qədər qala bilən "Apple Watch"ın maqnitli enerji yığan aparatı ilə enerji doldurulması olduqca sadədir.
Bununla yanaşı, “iPhone”a gələn bildirişlər avtomatik olaraq "Apple Watch"da da göstərilə bilir. Məsələn, gələn bir SMS və ya zəng bildirişini eyni vaxtda saatınızla da görə bilirsiniz.
Qeyd edək ki, "ağıllı saat"ın qiymətləri 350 dollardan 17 min dollaraq qədər dəyişir.






Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/apple-watch-in-satis-tarixi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR