Pakistanda keçmiş prezidentin yaxın ətrafı ilə bağlı siyasi qalmaqal yaşanır

Pakistanda keçmiş prezidentin yaxın ətrafı ilə bağlı siyasi qalmaqal yaşanır
20:58 6 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Pakistanda iri siyası qalmaqal başlayıb. Ölkə siyasətinin nüfuzlu nümayəndələri bir neçə il ərzində yerli fotomodel Ayan Əlinin köməyi ilə qanundan kənar xaricə milyonlarla dollar vəsait çıxarıblar. Çıxarılan pullar sonradan Dubayın, Londonun və ya Berlinin banklarına yatırılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisədə hətta Pakistanın keçmiş Prezidenti Asif Zərdarinin ətrafındakı adamlar da iştirak ediblər.
Aprelin 5-də İslamabadın beynəlxalq aeroportunda gömrük nəzarəti əməkdaşları təqdim olunan xüsusi buraxılışa baxmayaraq fotomodelin şəxsi baqajına baxmağı qərara alıblar. Bu zaman onun çantasında qeyri-qanuni olaraq ölkədən çıxararaq Birləşmiş Ərəb əmirliyinə aparmağa cəhd göstərdiyi 500 min ABŞ dolları aşkarlanıb. Qeyd edək ki, Pakistan qanunlarına görə sərnişin xarici ölkəyə qeydə alınmadan yalnız 10 min dollar apara bilər.
Bundan sonra model xüsusilə iri məbləğdə pulun yuyulması ittihamı ilə həbs olunub. Bu maddə əsasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum oluna biləcək Ayan Əli təhqiqatla əməkdaşlıq etmək qərarına gəlib. Belə məlum olub ki, 2011-ci ildən başlayaraq o, Pakistan siyasətinin bir çox nüfuzlu nümayəndələrinin xahişi ilə mütəmadi olaraq xaricə külli miqdarda nağd pul aparıb. Bəzi hallarda isə onu təyyarənin trapına qədər hətta Zərdarinin şəxsi köməkçisi yola salıb.
Hazırda model təfərrüatı məxfi saxlanılan ifadə verməkdə davam edir. Modelin Pakistanın İslamabad ətrafında olan Adiala rayonundakı ən ciddi şəkildə qorunan həbsxanada saxlandığı bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_kechmis_prezidentin_yaxin_etrafi_ile_bagli_siyasi_qalmaqal_yasanir-844040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR