Play Store

NASA Yupiterin görüntülərini paylaşdı - FOTOLAR

NASA Yupiterin yeni çəkilmiş fotolarını paylaşıb.

Metbuat.az xəbər verir ki, “Juno” kosmik maşınının Yupiterə yaxın 8-ci keçiddə çəkdiyi fotoları NASA öz saytında yayımlayıb. Kosmosa 2011-ci ildə göndərilən “Juno” 5 ildən sonra 2016-cı ilin iyul ayında günəş sisteminin ən böyük planeti Yupiterin orbitinə girib.

Qeyd edək ki, həmin gündən etibarən “Juno” kəşfiyyat fəaliyyətini davam etdirir. Kosmik maşının vəzifəsi planetin maqnit sahələrini, qravitasiya qüvvətini və atmosfer dinamikasına aid məlumatları NASA-ya göndərməkdir.

“Juno” 20 fevral 2018-ci ildə atmosferdə yanaraq fəaliyyətini tamamlayacaq.

Aysel Yaqubqızı / Metbuat.az

“Facebook” çılpaq fotolarınızı tələb edir - YENİ QAYDA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR