Xanım nazir istefa verdi - Böyük Britaniya

Uqandada rəsmi səfərdə olan Böyük Britaniyanın beynəlxalq inkişaf naziri Priti Patel, baş nazir Tereza Mey tərəfindən geri çağırılıb.

Metbuat.az-ın məlumatına görə, o, baş nazirlər 30 dəqiqəlik görüşdən sonra istefa verib.

Qeyd edək ki, avqustda Priti Patelin İsraildəki istirahəti zamanı 2 gün ərzində Xarici İşlər Nazirliyinin məlumatı olmadan oradakı siyasətçilər, qeyri-hökumət təşkilatları və şirkətlərin nümayəndələri ilə gizli görüşlər keçirdiyi üzə çıxıb. O, görüşlərdən XİN rəhbəri Boris Consonun xəbəri olduğunu desə də, Conson bunu təsdiqləməyib. Priti daha sonra Xarici İşlər Nazirliyinə xəbər vermədən görüşlər keçirdiyi üçün üzr istəyib: “Orada bir neçə insan və şirkətlə görüşmək imkanı əldə etdim. İndi geriyə doğru baxanda bu şəkildə münasibət qurmaq həyəcanımın necə yanlış şərh olunmasını görürəm. Buna görə təəssüf edirəm və üzr istəyirəm”.

Patelin daha sonra İsrailin baş naziri Binyamin Netanyahu, təhlükəsizlik naziri Gilad Erdan və Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Yuval Rotem ilə görüşdüyü məlum olub. Bundan sonra, əsas müxalifət partiyası olan “İşçi Partiyası” onu istefaya çağırıb, baş nazir Tereza Mey isə istintaq başladılmasını istəyib.

Patelin İsraildəki görüşlər zamanı “İsrailin Mühafizəkar Dostları” (CFI) adlı lobbi qrupunun fəxri rəhbəri Lord Stuart Polakla görüşməyi müzakirələrə səbəb olub. O, bir müddət CFİ-ın rəhbərinin müavini kimi çalışıb. Patelin, İsrail danışıqlarında Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətinə aid mövzuları müzakirə etməsi və Nazirlik adından sözlər verməsi etiraza səbəb olub. Onun İngiltərənin Fələstin üçün ayırdığı illik yardım büdcəsinin azaldılmasına çalışacağı iddia edilib.

Qeyd edəki, ötən həftə İngiltərinin müdafiə naziri Maykl Fallon da istefa verib. O, 15 il əvvəl xanım jurnalistə qarşı nalayiq hərəkətlər etməkdə günahlandırılıb, nazir isə bunu təkzib etməyib. Baş nazirinin müavini Damian Qrinin də bənzər iddiaya görə istefa verəcəyi və ya vəzifədən çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

Günay Elşadqızı \ METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR