Play Store

Sumqayıtda vaqon tipli ev yandı - Xəsarət alanlar var

Sumqayıtda vaqon tipli yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

Yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Avtomobilin pəncərələrinin donmaması üçün belə edin... - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR