Keniya hərbi qüvvələri Əl-Şəbəb qrupuna qarşı hava hücumu təşkil edib

Keniya hərbi qüvvələri Əl-Şəbəb qrupuna qarşı hava hücumu təşkil edib
21:12 6 Aprel 2015
67 Dünya
Ölkə mətbuatı
A- A+

Баку. 6 апреля. REPORT.AZ/ Keniya hərbi qüvvələri Əl-Şəbəb terrorçu qrupunun ölkənin cənubunda universitete hücum ederək 148 nəfəri öldürməsindən bir gün sonra qrupa qarşı hava hücumu həyata keçirib.
"Report"un Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, hərbi təyyarələr Somalinin cənubunda yerləşən Gedo regionunda qrupun iki düşərgəsini hədəf alıb. Hava hücumundan sonra təlafatlar haqda məlumat verilməyib.
Əl-Şəbəb son illər Keniyada dəfələrlə hücumlar təşkil edib və hökumət hərbi qüvvələri Somalidə militantlara qarşı mübarizə aparan Afrika qüvvələrinin tərkibindən çıxarmayana qədər hücumların davam etdiriləcəyi haqda xəbərdarlıq edib.
Təhlükəsizlik qüvvələri militantları zərərləşdirməzdən əvvəl 15 saata yaxın döyüşərək 500-dən cox tələbəni xilas etməyə nail olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/keniya-herbi-quvveleri-el-sebeb-qrupuna-qarsi-hava-hucumu-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR