Azərbaycanda Britaniya film mövsümü

Azərbaycanda Britaniya film mövsümü
21:13 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
British Council Böyük Britaniya səfirliyi, PwC, UNICEF və 28 Cinema ilə əməkdaşlıq çərçivəsində aprelin 8-dən Azərbaycanda Britaniya Film Mövsümü elan edir.
Festival zamanı bütün filmlər ingilis dilində səslənəcək və Böyük Britaniya istehsalı olan filmlər, o cümlədən Mr Turner, The İmitation Game, Pride, Hitchcockun The Ring, The Story of Children and Film, Paddington və (Bakıda premyerası olan) Shaun the Sheep filmləri nümayiş olunacaq.
Festival aprelin 12-dək davam edəcək.
Qeyd edək ki, bu il British Council və UNICEF Britaniya Film Mövsümü çərçivəsində Azərbaycanda OneminutesJR adlı təlim sessiyası təşkil edib. Bu tədbir beynəlxalq layihənin bir hissəsi olub gənclər və uşaqların sosial müdafiəsi sahəsində peşəkar qısa filmlərin hazırlanması və çəkilişini öyrənmək imkanı verir. Seminarın mövzusu "İmkanlar Məhdudiyyətsizdir” olub. Görmə və eşitmə qüsurlu gənclər və müxtəlif çətinlikləri olan ailələrin uşaqları bu layihə sayəsində səslərini geniş auditoriyaya eşitdirə biliblər. British Council-ın facebook səhifəsində ən çox bəyənilən 3 filmin müəllifi qalib seçilib və filmlər Britaniya Film Mövsümü zamanı hər filmdən əvvəl nümayiş etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_Britaniya_film_movsumu-844048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR