Polis 12 ton kokain ələ keçirdi

Kolumbiya höküməti ölkə tarixinin ən böyük narkotik əməliyyatında satış dəyəri 360 milyon dollar olan 12 ton kokain ələ keçirildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə narkotik ticarətinə qarşı mübarizəni davam etdirəcəklərini açıqlayıb.

Polis ələ keçirilən narkotikin ölkənin ən təhlükəli narko-karteli olan “Körfəz Klanı”nın lideri “Otoniel” olaraq da tanınan Dairo Usuqaya aid olduğunu bildirib.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri illərdir onun axtarışındadır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR