Bakıda və Ucarda yanğın oldu

Bakıda və  Ucarda yanğın oldu
20:34 6 Aprel 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Ucarda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Ucar rayonu, Bərgüşad kəndində (rayon mərkəzindən 28 km aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR