Səudiyyədən qorxulu qərar

Səudiyyədən qorxulu qərar
20:36 6 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Yəməndə əməliyyatları daha da genişləndirmək qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, Ər-Riyad sərhəd bölgədə 100-dən çox kəndi dağıdacağını bildirib.

Artıq 10 kənd dağıdılıb. Bu kəndlərdə əhali evlərindən təxliyə olunub. Səudiyyə Ərəbistanı rəhbərliyi sərhəd kəndlərin ölkə ərazisinə soxulan husi üsyançıları üçün sığınacağa çevrilə biləcəyindən ehtiyat edir.

Səudiyyə Ərəbistanına məxsus qırıcılar gecə saatlarında Yəmənin paytaxtı Sənada husilərin mövqelərini bombalayıb. Artıq 11 gündür ki, husilərə qarşı hərbi hava əməliyyatları səngimək bilmir. Əməliyyatlar nəticəsində 500-dən çox insan ölüb.

Ölkə ərazisində müşahidə olunan zorakılıqlarla əlaqədar xarici ölkə səfirlikləri öz vətəndaşlarını Yəməndən təxliyə edir. Türkiyə, Fransa və Pakistan Yəməndən təxliyə olunan vətəndaşları qəbul edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR