​ABŞ-ın vitse-prezidenti qətliamın baş verdiyi əraziyə gəlib

ABŞ-ın vitse-prezidenti Texasda hadisə qurbanlarının ailələri ilə görüşüb

Metbuat.az-ın məlumatına görə, ABŞ vitse-prezidenti Mayk Pens kilsə qətliyamı qurbanlarının xatirəsini anmaq və hadisədən xilas olanlarla görüşmək üçün Texasa gəlib. Pens Saderlənd Sprinqs şəhərində qətliamın baş verdiyi yerdə xüsusi dua mərasimində hadisə qurbanlarının ailələ üzvlərinə qoşulub.

“Biz bu gün hadisə qurbanlarının ailə üzvlərinin kədərini bölüşmək üçün buradayıq. Amma biz həmçinin bu kimi hadisələrin bizim ölkəmizdə baş verməsinin qarşısını almaq məqsədi ilə buraya toplaşmışıq. Biz bilirik ki, həmin şəxsin odlu silah ala bilməsi cinayət idi. O, odlu silah üçün müraciət edərkən sənədlərdə yalan məlumat verib, onun ruhi xəstəlik tarixi var və bütün bunlarla yanaşı bürokratik səhflərə də yol verilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR