Tailandda keçirilən seminarda Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlardan danışılıb

21:38 6 Aprel 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Tailandın Bankonq və Pattaya şəhərlərində Beynəlxalq Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası və Avstraliyanın Yeni Cənubi Uels ştatının ombudsmanının birgə təşkilatçılığı ilə “Şikayətlərin araşdırılması və müraciətlərə baxılması zamanı davamlı təkmilləşmənin əhəmiyyəti” mövzusunda beynəlxalq treninq-seminar keçirilib.
Tailand Ombudsman İnstitutunun yaradılmasının 15-ci ildönümünə həsr olunan bu tədbirə Avropa və Asiya ölkələrindən, həmçinin Kanada və Avstraliyadan insan hüquqları üzrə tanınmış beynəlxalq ekspertlər, ombudsmanlar, həmçinin milli insan hüquqları təsisatlarının əməkdaşları və KİV təmsilçiləri qatılıblar.
Azərbaycan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Aparatın sektor müdiri Turan Cahangirova tədbirdə iştirak ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gündəliyə müvafiq olaraq, insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması qaydaları ilə bağlı məşğələlərin keçirildiyi tədbirdə bu sahədə müsbət təcrübələr, çətinliklər və gələcək fəaliyyət perspektivləri barədə məruzələr dinlənilib.
Aydın Səfixanlı tədbirin sessiyalarında çıxış edərək, Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviq olunması sahəsində həyata keçirilən hüquqi islahatlar, İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı və İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı, həmçinin Ombudsman təsisatının fəaliyyəti barədə məlumat verib. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi məqsədilə ölkəmizdə yeni-yeni milli fəaliyyət planlarının qəbul olunduğu diqqətə çatdırılıb.
T.Cahangirova müzakirələr zamanı ombudsmanın ünvanına daxil olmuş şikayətlərin araşdırılması mexanizmi, hüquqların təmini sahəsində görülmüş işlər, davamlı olaraq əhali ilə keçirilən görüşlər haqqında məlumat verib.
Beynəlxalq seminarda Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının implementasiyası üzrə fəaliyyəti tədbir iştirakçıları tərəfindən “ən yaxşı təcrübə” kimi dəyərləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tailandda_kechirilen_seminarda_Azerbaycanda_insan_huquqlarinin_mudafiesi_sahesinde_heyata_kechirilen_islahatlardan_danisilib-844061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR