Messinin mundialdakı favoritləri

Argentina millisinin üzvü Lionel Messi DÇ-2018-də favorit gördüyü yığmaların adlarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu Argentina mətbuatına açıqlamasında İspaniya, Fransa, Almaniya və Braziliya millilərini daha şanslı hesab etdiyini bildirib:

“Ən pisi o olar ki, qrup mərhələsində İspaniya ilə qarşılaşaq. İspanlar bizim üçün çox çətin rəqibdir. Məncə, İspaniya ilə yanaşı, Fransa, Braziliya və Almaniya da DÇ-2018-in əsas favoritləridir. Buna baxmayaraq, hamımız çempionluğu arzulayırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR