Rusiyada partlayış:Binanın bloku çökdü -

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, binanın 1 bloku tamamilə uçub. Hadisə zamanı 3 nəfər həyatını itirib, bir neçə nəfər xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisə yerinə 140 xilasedici, 60 texnika cəlb olunub.

Sağ qalanların axtarışları davam etdirlir. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR