"Türkiyə ilə ABŞ arasında münasibətlər yaxşı deyil" Binəli Yıldırım

Türkiyə və ABŞ öz aralarındakı problemləri keçmişdə saxlamalı və gələcəyə nikbin yanaşmalıdır”.

Metbuat.az-ın məlumatına görə, ABŞ-da səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım jurnalistlərlə görüşündə belə deyib. O etiraf edib ki, hazırda Ankara ilə Vaşinqton arasında münasibətlər ideal səviyyədə deyil:

“Ciddi problemlər var. Biz Amerika tərəfini bu barədə məlumatlandıracağıq”.

Qeyd edək ki, bu gün Yıldırımın Birləşmiş Ştatların vitse-prezidenti Mayk Penslə görüşü gözlənilir.

Sübhan / METBUAT.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR