Əbu-Dabidə Luvr muzeyi açılıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Luvr muzeyi açılıb.

Metbuat.az-ın məlumatına görə, muzeyin açılış mərasimində Fransa prezidenti Emmanuel Makron da iştirak edib. "Louvre Abu Dhabi"nin inşaası 1,31 milyard dollara başa gəlib və 10 il çəkib. Yeni Luvr muzeyinin daimi əsasda 600 eksponatı var, daha 300 sənət əsəri Fransa tərəfindən icarə əsasında verilib.

Qeyd edək ki, muzeyin layihəsi Fransa ilə Əbu-Dabi arasında 2007-ci razılaşdırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR