Ankarada İŞİD-ə qarşı əməliyyat - 140 şübhəli saxlanıldı

Ankarada İŞİD terror təşkilatıyla əlaqədə şübhəli bilinən 140 nəfər həbs olunub.

Metbuat.az-ın məlumatına görə, paytaxtın bir neçə rayonunda aparılan əməliyyatlara təhlükəsizlik xidmətinin və terrorla mübarizə şöbəsinin 1500-dən çox əməkdaşı cəlb olunub. Ümumilikdə isə şübhəlilərin sayı 245 nəfərdir.

Qeyd edək ki, bundan əvvəl aparılan oxşar əməliyyatlar zamanı Ankara və İstanbulda terror aktları planlaşdıran 280 nəfər saxlanılmışdı.

Sübhan / METBUAT.az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR