2011-ci ildən Malidə girovluqda olan Hollandiya vətəndaşı azad edilib

2011-ci ildən Malidə girovluqda olan Hollandiya vətəndaşı azad edilib
21:52 6 Aprel 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Fransanın xüsusi xidməti 2011-ci ildən Malidə girovluqda olan hollandiyalı Sjaak Rijkeni azad ediblər.
"Report"un Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, Fransa hərbçiləri onun aprelin 6-sı səhər sdaatlarında Malinin şimalındakı ucqar rayonda azad edildiyini deyirlər.
Prezident Fransua Olland əməliyyat zamanı bir neçə yaraqlının öldürüldüyünü, digərlərinin isə əsir götürüldüyünü deyir.
Rijken 2011-ci ilin noyabrında Timbuktudakı yataqxanada İsveç vətəndaşı Johan Gustafsson və Cənubi Afrika vətəndaşı Stephen Malcolmla birlikdə oğurlanmışdı.
Amma onların taleyi barədə məlumat verilmir. Rijkenin videosunu sonuncu dəfə Əl Qaidə 2014-cü ilin noyabrında yaymışdı.
Onun səhhətinin normal olduğu bildirilir.
Fransa ordusu 2013-cü ilin yanvarında Əl Qaidə ilə əlbir olan birləşmələri Malidən çıxarıb. Hazırda bu ölkədə 3 minədək Fransa əsgəri var.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/2011-ci-ilden-malide-girovluqda-olan-hollandiya-vetendasi-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR