Play Store

Rusiyada dağıntılar altından 5-ci cəsəd çıxarılıb

Rusiyanın İjevsk şəhərində xilasedicilər uçan 9 mərtəbəli yaşayış binasının dağıntıları altından 5-ci şəxsin cəsədini çıxarıblar.

Metbuat.az-ın məlumatına görə, bu haqda respublikanın fövqəladə xidmətinə yaxın mənbəyə xəbər verib.

Mənbənin məlumatında deyilir: "Həlak olan 5-ci şəxsin cəsədi tapılıb. Ümumilikdə səkkiz nəfər xəsarət alıb, onlardan 5-i ölüb".
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İjevskdə yaşayış binasının bir hissəsinin birinci mərtəbədən doqquzuncu mərtəbəyə kimi tamamilə uçması nəticəsində 8 mənzil bütünlüklə dağılıb.

Udmurtiyanın səhiyyə nazirliyi daha əvvəl 3 ölü və bir xilasedici daxil dörd yaralı haqqında məlumat verib.

İlkin ehtimala görə, dağıntıya məişət qazının partlaması səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR