Azərbaycana dəmir yolu bileti alanda dərhal mehmanxanada yer də bronlamaq olar

Azərbaycana dəmir yolu bileti alanda dərhal mehmanxanada yer də bronlamaq olar
22:03 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycana dəmir yolu bileti alanda, dərhal mehmanxanada nömrə bronlamaq da olar.
“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (RDY ASC) otellərdə yer bronlamaq üçün yeni onlayn-xidmət təklif edib.
AZƏRTAC RDY-ya istinadla xəbər verir ki, indi daşıyıcının saytında dəmir yolu bileti alan müştəri ödəmənin təsdiqindən dərhal sonra mehmanxanaların seçiminə keçə bilər. İlkin seçim zamanı ona gəlmə stansiyasına yaxın mehmanxanaların siyahısı təqdim olunur. Qalma müddəti səfərin gəlmə-yola düşmə tarixlərinə müvafiq göstərilir.
Servis bir neçə otel aqreqatorunun məlumatlarından istifadə edir. Onların çevrəsini genişləndirmək nəzərdə tutulur. Hazırda məlumat bazasına 10 mindən çox mehmanxananın informasiyası yüklənib. Mehmanxanalar haqqında informasiyada interyerlərin fotoşəkillərinə baxmaq, təqdim olunan xidmətlər ilə tanış olmaq və qiymətləri müqayisə etmək mümkündür. Hələlik aşağıdakı ölkələrdə nömrə bronlamaq mümkündür: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan. Ukrayna, Estoniya.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycana_demir_yolu_bileti_alanda_derhal_mehmanxanada_yer_de_bronlamaq_olar-844081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR