YAP Gənclər Birliyinin ofisində Bakı Dövlət Universitetinin fəal gəncləri ilə görüş keçirilib

YAP Gənclər Birliyinin ofisində Bakı Dövlət Universitetinin fəal gəncləri ilə görüş keçirilib
21:03 6 Aprel 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Bakı Dövlət Universitetinin fəal gəncləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, ofisin rəhbəri Əli Pənahov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan danışıb. O, ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığının artmasının əhəmiyyətini qeyd edib. Ə.Pənahov, həmçinin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində Gənclər Birliyinin mühüm tədbirlər həyata keçirdiyini, onların səmərəli fəaliyyətə cəlb olunduğunu qeyd edib.
Sonra YAP Gənlər Birliyinin uğurlu fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Görüşdə, həmçinin Gənclər Birliyinin fəaliyyəti, strukturu, ofisdə gənclərin könüllü çalışmaları ücün yaradılan şərait, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə məlumat verilib.
Sonda YAP Gənclər Birliyinin fəaliyyəti haqqında suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/YAP_Gencler_Birliyinin_ofisinde_Baki_Dovlet_Universitetinin_feal_gencleri_ile_gorus_kechirilib-844080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR