Bolnisidə 9 Aprel faciəsi qurbanlarının xatirəsi anılıb

22:08 6 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 6 aprel, AZƏRTAC 
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda 1989-cu il aprelin 9-da Tbilisidə sovet ordusu tərəfindən qətlə yetirilən insanların xatirəsi anılıb.
Bolnisi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edən Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mədəniyyət Mərkəzinin sədri Fikrət Məmmədov faciənin səbəblərindən, keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun göstərişi ilə güc strukturlarının Gürcüstanda başlayan azadlıq hərəkatlarını boğmaq üçün törətdikləri vəhşiliklərdən danışıb.
Digər çıxış edənlər sovet imperiyası rəhbərlərinin qeyri-etik və qeyri-insani davranışlarından, cəllad ordunun vəhşiliklərindən, Cənubi Qafqaz respublikalarında azadlıq hərəkatlarının qarşısını qəddarcasına almasından, azsaylı xalqları əsarət altında saxlamaq niyyətindən bəhs ediblər.
Sonda azərbaycanlı və gürcü məktəblilər faciə qurbanlarına həsr edilmiş şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolniside_9_Aprel_faciesi_qurbanlarinin_xatiresi_anilib-844083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR